...

Hidayət Orucov: "Dünya ictimaiyyəti Azərbaycan xalqının tarixinin faciəli səhifələri haqqında daha çox həqiqəti öyrənəcək"

Cəmiyyət Materials 31 Mart 2006 12:20 (UTC +04:00)

"Azərbaycan rəhbərliyinin səyləri sayəsində dünya ictimaiyyəti Azərbaycan xalqının tarixinin faciəli səhifələri haqqında daha çox həqiqəti öyrənəcək". Trend in xəbər verdiyi kimi, bu barədə martın 31 -də Azərbaycanın milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov bildirib.

Onun sözlərinə görə, Azərbaycan prezidentinin sərəncamına əsasən, hər il 31 mart Azərbaycanlıların Soyqırımı və 26 fevral Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlər planları hazırlanır.

"Azərbaycanın tarixinin faciəli hadisələrinə həsr olunmuş tədbirlərin coğrafiyası genişdəndirilir. Hər il bu mövzuda həm ölkədə, həm də xarici ölkələrdəki diplomatik missiyalar tərəfindən çoxlu sayda tədbirlər keçirilir", - deyə o qeyd edib.

Dövlət müşaviri 1918-ci il hadisələrini "bəşəriyyət tarixində ən faciəli hadisə" adlandırıb". Xatırladıq ki, 1918-ci il martın son günlərində erməni millətçilərindən ibarət silahlı qruplaşmalar 10 minlərlə dinc azərbaycanlını qətlə yetirib.

Xəbər lenti

Xəbər lenti