...

Hüseyn Bağırov: "Azərbaycanda çöl quşlarının tələf olması halları artıq müşahidə edilmir"

Cəmiyyət Materials 31 Mart 2006 15:29 (UTC +04:00)

Son günlər Azərbaycanda çöl quşlarının tələf olması halları artıq müşahidə edilmir. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məlumat verib.

"Ölkənin bütün ərazisinə nəzarət etmək çətindir. Əgər tək-tək hallara rast gəlinirsə, bu da yəqin ki, ucqar yerlərdə baş verir. "Görünür, bu quşları dalğa atıb, ancaq onlar çoxdan tələf olub", - deyə o bildirib.

"Quş qripi" ilə mübarizə üzrə tədbirlər çərçivəsində nəzarət altında olan ərazilərdə son günlər heç bir tələfat halı müşahidə edilməyib.

Xəbər lenti

Xəbər lenti