...

Şahin Diniyev aprelin 3-də futbol üzrə yığmanın Türkiyə ilə oyuna çıxacaq tərkibini elan edəcək

Cəmiyyət Materials 31 Mart 2006 15:37 (UTC +04:00)

Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi aprelin 3-də komandanın Türkiyəyə qarşı aprelin 12-də T.Bəhramov adına Respublika stadionunda keçiriləcək yoldaşlıq oyununda qarşılaşacaq tərkibini elan etmək niyyətindədir.

Məşqçi Trend ə bildirib ki, milli çempionatın qısa fasilə öncəsi keçiriləcək son turunda yığmaya namizədlərin özlərini necə aparmasından çox şey asılıdır. "Əsas odur ki, uşaqlar zədə almayıb və komandanın sərəncamına sağlam qayıdıb. Xüsusilə, aldığı zədədən sonra oyunda yarımmüdafiəçi Ceyhun Sultanovun iştirakı sual altındadır" -deyə Ş.Diniyev qeyd edib.

Eyni zamanda, mütəxəssis etiraf edib ki, komandanın əsas tərkibini artıq planlaşdırıb və bu tərkib 2002-ci il dünya çempionatının bürünc medalçıları ilə görüşə çıxacaq.

Xəbər lenti

Xəbər lenti