...

Rusiyanın Qılıncoynatma Federasiyası azərbaycanlı həmkarlarının təşəbbüsünü dəstəkləməyiblər

Cəmiyyət Materials 31 Mart 2006 16:48 (UTC +04:00)

Rusiyanın Qılıncoynatma Federasiyası 2008-ci il Olimpiya oyunlarının proqramına qadın qılıncoynadanların komanda şəklində daxil edilməsi barədə azərbaycanlı həmkarlarının təşəbbüsünü dəstəkləməyib.

Trend in verdiyi məlumata görə, FQF bundan əvvəl Olimpiadanın proqramında iştirak etmədiyinə görə bu növ üzrə Olimpiadaya nümayəndə göndərməyin mənası yoxdur. RQF-nın fikrincə, apreldə Beynəlxalq Federasiyanın Baş Assambleyasına təkliflər paketi hazırlayarkən qadınlar arasında rapira və qılıncoynatma üzrə komanda yarışlarını daxil etmək lazımdır. Çünki 2004-cü il Afina Olimpiadasında komanda hesabında qadın qılıncoynadanlar iştirak edib.

Qeyd etmək lazımdır ki, sonuncu Olimpiya oyunlarında Azərbaycanı qılıncoynatma proqramı üzrə Yelena Jemayeva təmsil edib.

Xəbər lenti

Xəbər lenti