...

Hərbi münaqişələr zamanı mədəni irsin məhv edilməsi məsələsi İKT ölkələri turizm nazirlərinin iclasında müzakirə ediləcək

Cəmiyyət Materials 31 Mart 2006 17:00 (UTC +04:00)

Hərbi münaqişələr zamanı mədəni irsin məhv edilməsi ilə bağlı məsələlər İslam Konfransı Təşkilatına üzv ölkələrin nazirlərinin iyun ayında Bakıda keçiriləcək növbəti iclasının gündəliyinə daxil edilib. Bu barədə Trend ə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Eyni zamanda, Azərbaycan ölkənin işğal olunmuş ərazilərində Ermənistanın tarixi abidələri məhv etməsi məsələsi də qaldırılacaq. Hazırda ekspertlər iclasın gündəliyi üzərində iş aparırlar.

Xatırladaq ki, İKT-nın növbəti iclasının keçirilməsi barədə qərar təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin sonuncu iclasında qəbul edilib. Azərbaycanın İKT üzvü olan ölkələrin turizm və xarici işlər nazirlərinin iclasının keçirilməsi barədə təklifi təşkilatın bütün 57 üzvü tərəfindən qəbul edilib.

Xəbər lenti

Xəbər lenti