...

Azərbaycan gimnastlarına slavyan medalları

Cəmiyyət Materials 3 Aprel 2006 11:15 (UTC +04:00)

Azərbaycan gimnastları ötən həftənin sonlarında Rusiya və Sloveniyada keçirilən beynəlxalq turnirlərdə bir ikinci və ikisi üçüncü yeri tutub. Azərbaycanın Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend ə verilən məlumata görə, ölkənin qrup komandası "Sankt-Peterburqun inciləri" yarışında iştirak ediblər və müxtəlif növlər üzrə Vəfa Hüseynova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay, Alina Trepina və Anastasiya Prasolova 25.050 balla gümüş mükafata layiq görülüblər.

Kollektivimiz birinci turnirdən sonra İsrail gimnastlarına uduzaraq 3-cü bənddə yer alıblar. Lakin 3 həlqə və 4 gürz üzrə tapşırığı səhvsiz yerinə yetirdikdən sonra Azərbaycan komandası 3-cü bu ölkənin komandasını bir bal üstələyib. Birinci yerdə Rusiya qrupu gedir.

Əgər Azərbaycanın komandası bu mövsümdə ikinci dəfə podiuma şalxa bilsələr (fevral ayında onlar Estoniyadakı turnirdə qalib gəlmişdilər), o zaman Aliya Qarayeva üçün bürünc medal ilk olacaq. Mütləq birincilikdə çıxış edərkən o, 59.483 bal toplayaraq 3-cü yeri tutub.

Xəbər lenti

Xəbər lenti