...

Avropa Şurası Azərbaycan KİV-lərinin rəhbərləri üçün seminar keçirəcək

Cəmiyyət Materials 3 Aprel 2006 14:04 (UTC +04:00)

Aprelin 8-9-da Bakı yaxınlığında Novxanı qəsəbəsində Azərbaycanın KİV orqanları rəhbər tərkibinin nümayəndələri üçün seminar keçiriləcək. Bu barədə Trend ə Avropa Şurasının (AŞ) Bakıdakı informasiya ofisində bildirilib.

Seminar iştirakçıları Azərbaycanın kütləvi informasiya vasitələrində (KİV) etik normaların inkişf etdirilməsi məsələlərini müzakirə edəcək. Seminarı AŞ-nin Serbiyadan olan eksperti Leyla Dervisacik aparacaq. O, yaxın günlərdə Bakıya gələcək.

Xəbər lenti

Xəbər lenti