...

Antalyada "Avrasiyada medianın rolu" mövzusunda VII toplantı keçiriləcək

Cəmiyyət Materials 3 Aprel 2006 18:51 (UTC +04:00)

Aprelin 6-dan 10-dək Türkiyənin Antalya şəhərində "Dialoq Avrasiya" Platformasının VII toplantısı keçiriləcək. Trend in məlumatına görə, bu barədə aprelin 3-də Atatürk Mərkəzində keçirilən konfransda məlumat verilib.

Atatürk Mərkəzinin rəhbəri, millət vəkili, "Dialoq Avrasiya" Platforması Azərbaycan Milli Komitəsinin sədri, professor Nizami Cəfərov bildirib ki, Antalyada keçiriləcək 4 günlük konfrans "Avrasiyada medianın rolu" mövzusuna həsr ediləcək, medianın dünyada sülhün, əmin-amanlığın əldə edilməsindəki rolu müzakirə ediləcək, ölkələr arasında informasiya mübadiləsi və media qurumları arasında dostluq, əməkdaşlıq münasibətlərinin yaradılması barədə fikir mübadiləsi aparılacaq.

Həmin konfransda iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Prezident Apatının digər əməkdaşı Elnur Aslanov, baş nazirin müavini Elçin Əfəndiyev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, dilçi alim Nizami Cəfərov, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli, millət vəkilləri Rəbiyət Aslanova, Azər Əmiraslanov, Yəhya Fəttayev daxildir.

Xəbər lenti

Xəbər lenti