...

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyi üçün qəbul imtahanları keçirir

Cəmiyyət Materials 4 Aprel 2006 14:52 (UTC +04:00)

Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında" qanununa müvafiq olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanın Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyində boş yerlərə qəbul elan edib. Bu barədə Trend ə TQDK-dan məlumat verilib.

Sənədlər 2006-cı il aprelin 5-dən mayın 5-nə kimi qəbul ediləcək. İşə qəbul iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə namizədlər sınaq imtahanı verməlidirlər. Sınaq imtahanında mümkün baldan ən azı 80 %-ni toplayan namizəd imtahanın birinci mərhələsini keçmiş hesab edilir. İmtahanları uğurla verən namizədlər müsahibəyə dəvət olunur. Müsahibənin nəticələri də balla qiymətləndirilir.

Namizədin toplaya bildiyi mümkün yekun balların 80 faizi sınaq imtahanları yolu ilə, 20 faizi isə müsahibə yolu ilə əldə olunur.

Xəbər lenti

Xəbər lenti