...

Qafqaz Müsəlmanları İdarəsinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı iddiasına baxılıb

Cəmiyyət Materials 4 Aprel 2006 14:56 (UTC +04:00)

Aprelin 4-də Səbail rayon Məhkəməsində hakim İlham Ağayevin sədrliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) qarşı iddiası əsasında məhkəmə iclası keçirilib. Bu barədə Trend ə Qafqaz Müsəlmanları İdarəsinin məhkəmədə iştirak edən hüquqi nümayəndəsi Muxtar Mustafayev məlumat verib.

Vəkil bildirib ki, məhkəmə iclasında iddiaçı tərəfin nümayəndəsi məhkəməyə bəzi sənədlər təqdim edib. Həmin sənədlərdən biri Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin bir qədər əvvəl dərc etdiyi bülletendir. "DQİDK həmin bülletenində təsdiqlənir ki, dini qurumların fəaliyyəti ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin təqdimatı mütləqdir. Sənəd müzakirə olundu. Qarşı tərəfin hüquqi nümayəndəsi bildirdi ki, bülleten normativ sənəd hesab olunmur, çünki Ədliyyə Nazirliyinin qeydiyyatından keçməyib" - deyə vəkil qeyd edib.

QMİ-nin DQİDK-nə qarşı məhkəmədə iddia qaldırmasına səbəb DQİDK-nin qanunvericiliyi pozması və QMİ-nin təqdimatı olmadan Lənkəranda "Şeyx Zahid" ziyarətgahını yaratmasıdır. QMİ DQİDK-nin ziyarətgah yaratmasının qanunazidd olması barədə məhkəmədə iddia qaldırıb.

M.Mustafayev məhkəmə iclasının aprelin 21-də yekunlaşacağını söyləyib.

Xəbər lenti

Xəbər lenti