...

Dövlət Əmlak Komitəsindəki vakant yerlərə 72 namizəddən heç biri imtahandan keçməyib

Cəmiyyət Materials 4 Aprel 2006 15:05 (UTC +04:00)

Azərbaycanın dövlət əmlakının idarə edilməsi üzrə Dövlət komitəsində vakant yerlərə 72 namizəddən heç biri qəbul imtahanından keçməyib. Bu barədə Trend ə imtahanların təşkilatçısı olan tələbə qəbulu üzrə Dövlət komissiyasında (TQDK) bildirilib.

Namizədlərdən heç biri imtahanların ikinci mərhələsinə keçmək üçün lazım olan 80 balı toplaya bilməyib. İmtahanlarda sənəd təqdim etmiş 81 namizəddən cəmi 72-si iştirak edib, onlardan 9 nəfəri imtahanda olmayıb.

Xatırladaq ki, Dövlət komitəsi baş məsləhətçi, aparıcı məsləhətçi və böyük məsləhətçi kimi vakant vəzifələrdə iş üçün qəbul elan etmişdi. Namizədlər 100 sualı cavablandırıb. Hər bir doğru cavab 1 bal olaraq qiymətləndirilib. 80 bal toplayan namizəd ikinci mərhələdə imtahandan keçməli idi.

TQDK-də bildirilib ki, təkrar imtahanlar keçirilə bilər.

Xəbər lenti

Xəbər lenti