...

UEFA Azərbaycan və Ermənistan yığmalarının öz vətənlərində görüşmələrini istəyir

Cəmiyyət Materials 4 Aprel 2006 15:45 (UTC +04:00)

"UEFA Azərbaycan və Ermənistan yığmaları arasında Avropa-2008 çempionatının seçmə matçını komandaların öz vətənlərində keçirmələri ilə bağlı mübahisə edir". Bu barədə Ermənistan Futbol Federasiyasının (EFF) prezidenti Ruben Ayrapetyanın dəvəti ilə rəsmi səfərlə Yerevana gələn UEFA-nın icraçı direktoru Lars-Krister Olsson bildirib.

Trend in "Regnum" İA-nə istinadən verdiyi xəbərə görə, bu zaman yüksək rütbəli məmur iki ölkə arasında münasibətlərin gərginliyini nəzərə alaraq qonaqların təhlükəsizliyinin təminatı ilə bağlı problemin yaranacağını hesab edir. Lakin L.Olsson yığmalar arasında qarşıdurmaya siyasi rəng verilməyəcəyinə ümid etdiyini bildirib.

İcraçı direktor UEFA-nın həm Ermənistanda, həm də Azərbaycanda mürəkkəbləşən vəziyyəti araşdırmaq və müvafiq nəticələr çıxarmaq üçün xüsusi komissiya yaratmağa hazır olduğunu da bildirib.

Xəbər lenti

Xəbər lenti