...

İradə Aşumova Braziliyada Dünya kuboku mərhələsinə uğursuzluqla başlayıb

Cəmiyyət Materials 1 May 2006 16:01 (UTC +04:00)

Afina Olimpiadasının güllə atıcılığı üzrə bürünc mükafatçısı İradə Aşumova Braziliyada keçirilən Dünya Kubokunda çıxışına uğursuzluqla başlayıb.

Trend in xəbər verdiyi kimi, pnevmatik tapancadan 10 metr məsafəyə güllə atmada idmançımız 379 xal toplayıb və finalçıların səkkizliyinə düşməyib. Ən güclülərin arasına düşmək üçün İ.Aşumovanın cəmi 4 balı çatmayıb və nəticədə o, turnir protokolunda 18-ci mövqedə qərarlaşıb. Avropa birinciliyinin gümüş mükafatçısı Nigar Bağırova isə 376 xal toplayıb və 28-ci mövqeydə yerləşib.

Qeyd etmək lazımdır ki, mərhələnin qalibi Pekinə vəsiqə əldə edir. Ancaq azərbaycanlı idmançıların hələ Braziliyada vakansiya uğrunda mübarizə aparmaq imkanı olacaq. Bunun üçün onlar kiçik kalibrli tapançadan 25 metr məsafəyə güllə atma üzrə proqramı uğurla yerinə yetirməlidir.

Xəbər lenti

Xəbər lenti