...

Azərbaycanlı tennisçilər Konfederasiyalar Kubokunda çıxışını başa vurub

Cəmiyyət Materials 1 May 2006 17:17 (UTC +04:00)

Azərbaycanın tennis üzrə qadınlardan ibarət yığması Antalyada başa çatmış Konfederasiyalar Kubokunun Avro-Afrika zonasının son matçında (3-cü zona) məğlub olub.

Trend in xəbər verdiyi kimi, sonuncu turda Tatyana Abdulhakovanın yetirmələri 0:2 hesabla Lixtenşteyn komandasına uduzub. Korta birinci Sevil Əliyeva çıxıb və iki setdə Mariya Novaka məğlub olub. Görüşün gedişini dəyişməyə çalışan Elina Həsənova Sidoniya Volfingerlə qarşılaşmada buna nail olmayıb. O, 0:4 hesabla rəqibin xeyrinə gedən oyunda zədə alaraq mübarizəni dayandırıb.

Beləliklə, 4 görüşdə komandamız yalnız bir qələbə qazanıb. Qrupun qalibləri isə əsas görüşdə Misir nümayəndələrini 2:0 məğlub etmiş bosniyalılar olub.

Xəbər lenti

Xəbər lenti