...

Teymur Rəcəbov şahmatda "Oskar" mükafatının verilməsi ilə bağlı sorğuda 14-cü yeri tutub

Cəmiyyət Materials 1 May 2006 17:40 (UTC +04:00)

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Rusiyanın "64-Şaxmatnoye obozreniye" nəşri tərəfindən keçirilən şahmatda "Oskar" mükafatının verilməsi ilə bağlı sorğuda 14-cü yeri tutub.

Trend agentliyinin məlumatına əsasən, 67 ölkə idmançısının iştirakı ilə keçirilən müsabiqədə Linares turnirində gümüş medal qazanmış şahmatçı fransıd Etyen Bakronu qabaqlayaraq 307 xal toplayıb. Bununla yanaşı, 3 respondent T.Rəcəbova 2-ci yeri, 3 nəfər də 3-cü yeri verib.

Eyni zamanda "Oskar-2005" mükafatının qalibi səsvermədən ço-çox əvvəl müəyyənləşdirilib. Bu, San-Luisdə dünya çempionatında qalib çıxmış və gözəl oyun nümayiş etdirmiş Veselin Topalovdur.

Xəbər lenti

Xəbər lenti