...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıdakı ağac emalı və mebel sexlərində qanun pozuntuları aşkar edib

Cəmiyyət Materials 1 May 2006 18:25 (UTC +04:00)

Ekologiya və təbii sərvətlər nazirliyi yalnız Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən ağac emalı və mebel sexlərində aparılmış bir sıra araşdırma və yoxlamalar nəticəsində sahibkarlıq subyektləri tərəfindən ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və s. kimi qanun pozuntuları aşkar edib. 09.06.2005-ci il tarixində Binəqədi rayonu ərazisində saxlanılan 42 BG 990 dövlət qeydiyyat nişanlı Kamaz markalı avtomaşının yük hissəsinə baxış zamanı qanunsuz olaraq tədarük olunmuş 70 kisə (500 kq) kömür və 10 kubmetrlik içlik fıstıq taxtası aşkar edilmiş, qanun pozuntusu ilə əlaqədar akt tərtib olunmuş, təbiətə vurduğu ziyana görə A.Rzayevə qarşı köhnə manatla 19349320 manat məbləğində iddia qaldırılmışdır. İddia könüllü ödənilmədiyindən Lerik rayon Polis İdarəsinə müraciət edilmiş, yalnız bundan sonra onun tərəfindən iqtisadi sanksiyanın dövlət fonduna köçürülməsi təmin edilmişdir.

Bundan başqa, reydlər zamanı 21.04.2006-cı il tarixində Nizami rayonu Keşlə qəsəbəsində yaşayan fiziki şəxs E. Mövlayevə məxsus ağac emalı sexində, 24.04.2006-c il tarixində yenə həmin ünvanda yerləşən "Klassik-Mebel evi" firmasında, 26.04.2006-cı il tarixində Binəqədi rayonu M.Rəsulzadə qəsəbəsi, "Baksol-1" ünvanında yerləşən "Binəqədi Ağac Emalı" ASC-də yoxlamalar zamanı qanun pozuntuları aşkar edilərək, akt və protokol tərtib olunub, tədbirlər görülməsinə başlanılıb.

Yoxlamalar zamanı həmçinin "Bakı-Ət" Səhmdar Cəmiyyətinin həyətində vətəndaş S.İmanovun icarəyə götürdüyü sahədə 180,4 kub metr həjmində 54483 yeni manat ziyan dəyərində, vətəndaş S.Rəhimovun icarəyə götürdüyü sahədə 102 kub metr həjmində 34838 yeni manat ziyan dəyərində, fiziki şəxs Q.Həsənova məxsus ağac emalı sexində 44,4 kub metr həcmində 14851 yeni manat ziyan dəyərində, "Ağçay-Urmiya LTD"yə məxsus ağac emalı sexində 28,2 kub metr həcmində 9445 yeni manat ziyan dəyərində, "Abadlıq" Təmir-[QQ] Tikinti İdarəsinə məxsus ağac emalı sexində 58 kub metr həcmində 20495 yeni manat ziyan dəyərində və "MR-3" MMC-yə məxsus ağac emalı sexində 83,1 kub metr həcmində 23594 yeni manat ziyan dəyərində qanunsuz yolla əldə edilmiş yerli meşə materialları aşkar edilmiş və faktlarla bağlı yoxlama materialları nazirlik tərəfindən Respublika Prokurorluğuna göndərilib.

Xəbər lenti

Xəbər lenti