...

Bakıda 43 fiziki və hüquqi şəxs gigiyenik qaydaları pozduğuna görə cərimə olunub

Cəmiyyət Materials 1 May 2006 18:41 (UTC +04:00)

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi sanitar vəziyyətin öyrənilməsi üçün Bakı şəhərinin Nəsimi və Binəqədi rayonlarında reydlər keçirib. Bu barədə, Trend agxentliyinin məlumatına əsasən, Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Ciddi nöqsanlara görə, Nəsimi rayonunda 14,41 və 65 saylı, Binəqədi rayonunda isə 72, 107, 106, 79, 195, 80, 108 və 102 mənzil-kommunal istismar sahələrinin rəisləri töhmət olunub.

I rübdə 43 fiziki və hüquqi şəxs gigiyenik qaydalar və epidemiya əleyhinə rejimi pozduğuna görə cərimə olunub. Antisanitariya şəraitində fəaliyət göstərdikləri üçün 1 və 10 nömrəli uşaq poliklinikaları və Yasamaldakı 28 saylı uşaq bağçası təmirə bağlanılıb.

5 iaşə obyekğt isə Dövlət Sanitar Xidməti orqanı ilə razılaşdırmadan, qaydala zidd şəkildə fəaliyyət göstərdiyi üçün bağlanılıb.

Xəbər lenti

Xəbər lenti