...

Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri İtaliyada və Türkiyədə bir sıra görüşlərdə iştirak edib

Cəmiyyət Materials 1 May 2006 18:52 (UTC +04:00)

Aprelin 20-dən 28-dək Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri İtaliyada və Türkiyədə bir sıra görüşlərdə iştirak edib. Trend in xəbərinə görə, bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Aprelin 23-dək Roma şəhərində olan F.Abdullayev İtaliya Konstitusiya Məhkəməsinin yeni seçilmiş sədri cənab Annabele Marini ilə görüşüb. Görüşdə iki ölkənin konstitusiya nəzarəti orqanları arasında əməkdaşlıq məsələlərini müzakirə olunub. Fabdullayev həmçinin bir sıra Avropa ölkələrinin müvafiq məhkəmələrinin və Avropa Şurasının Venesiya Komissiyasının rəhbərliyi ilə də görüşlər keçirərək fikir mübadiləsi aparıb. Səfərin sonunda tədbir iştirakçılarını İtaliya Respublikasının Prezidenti cənab Karlo Adzelio Çampi qəbul edib.

Aprelin 24-dən 28-dək isə F.Abdullayev Türkiyə Respublikasının Konstitusiya Məhkəməsinin növbəti ildönümünə həsr olunmuş praktiki konfransda məruzə ilə çıxış edib. Tədbirdə ədalət mühakiməsi sahəsində hər iki ölkədə müşayət olunan yeni tendensiyalar və yeniliklərə dair geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, F.Abdullayevin hər iki ölkəyə səfəri həmin ölkədə həmin ölkələrin müvafiq məhkəmələrinin sədrlərinin dəvəti əsasında baş tutub.

Xəbər lenti

Xəbər lenti