...

TQDK beynəlxalq proqramlarla magistraturaya qəbul imtahanı keçirir

Cəmiyyət Materials 1 May 2006 19:04 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) MBA və TEMPUS-TACIS beynəlxalq proqramları ilə magistraturaya qəbul imtahanı keçirir. Bu barədə Trend ə TQDK-dan məlumat verilib

Ümumilikdə 616 yer ayrılıb ki, bunun 583-ü -MBA, 33 isə -TEMPUS-TACIS proqramının payına düşür.

Dövlət Neft Akademiyası, Dövlət İqtisad Universiteti, "Odlar Yurdu" Universiteti, Qəbr Universiteti və Xəzər Universitetində tətbiq olunan MBA proqramına əsasən, bakalavr pilləsini başa vurmuş istənilən şəxs ixtisasından asılı olmayaraq magistraturaya sənəd verə bilər. Azərbaycan Memarlıq İnşaat Universitetində TEMPUS-TACIS proqramına əsasən, yalnız T 190000, T 200000, T 210000, T 220000, T 230000 şifrəli ixtisas sahibləri, Azərbaycan Dövlət Neft Akademiyası və Sumqayit Dövlət Universitetində isə TEMPUS-TACIS proqramına əsasən, HS və M şifrəli ixtisas sahiblərindən başqa bütün şəxslər magistraturaya sənəd verə bilər.

Xəbər lenti

Xəbər lenti