...

Məhkəmələrin fəaliyyətində şəffaflığın təmin olunması üçün bir sıra tədbirlər həyata keçiriləcək

Cəmiyyət Materials 2 May 2006 17:04 (UTC +04:00)

Azərbaycan məhkəmələrində şəffaflığın təmin olunması üçün bir sıra tədbirlər həyata keçiriləcək. Bu barədə Trend ə Ali Məhkəmənin mətbuat xidmətinin rəhbəri Allahverdi Nehrəmli məlumat verib.

İlk növbədə kütləvi informasiya vasitələri ilə əlaqələri möhkəmləndirmək məqsədilə may ayının ikinci yarısından etibarən "Açıq qapı" kampaniyasına başlanması planlaşdırılıb. Bu tədbirlərin hər ay ərzində ən azı bir dəfə keçirilməsi nəzərdə tutulub.

"Tədbirlərdə hakimlər ay ərzində baxdıqları işlər və çıxarlıqdarı qərarlar barədə jurnalistlər qarşısında bir növ hesabat verəcəklər. Bu tədbirldər məhkəmələrin işində şəffaflığın təmin olunması məqsədi daşıyır. Məqsəd həm də məhkəmələrin fəaliyyəti ilə bağlı ictimaiyyəti məlumatlandırmaqla ictimaiyyət arasında formalaşan mənfi rəyi aradan qaldırmaqdır " - deyə A.Nehrəmli bildirib.

Kampaniya yalnız Ali Məhkəmə tərəfindən deyil, Apellyasiya və birinci instansiya məhkəmələri tərəfindən də həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti