...

Azərbaycanın Səhiyyə Nazirliyi tərəfindən əczaçılıq fəaliyyəti ilə bağlı 41 lisenziya verilib

Cəmiyyət Materials 2 May 2006 17:16 (UTC +04:00)

Azərbaycanın Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi əczaçılıq fəaliyyəti ilə bağlı 41 lisenziya verib. Trend in verdiyi məlumata görə, bu barədə Səhiyyə Nazirliyinin mayın 2-də yayılmış press-relizində bildirilir. 2005-ci ilin I rübündə verilən lisenziyalar 114 ədəd olub.

Hazırda lisenziyaların verilməsi 2005-ci il sentyabrın 2-də yaradılan SN-nin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən (2006-cı il yanvarın 5-dən)həyata keçirilir.

Xüsusi icazələr (lisenziya) ölkə prezidentinin 2002-ci il 2 sentyabr tarixli sərəncamı ilə nizamlanır. Sərəncama müvafiq olaraq, lisenziyalar 5 il müddətinə verilir.

Ümumilikdə, 2003-cü ilin yanvarından əczaçılıq fəaliyyəti üzrə 1019 lisenziya (963 köhnə və 56 yeni) verilib.

Xəbər lenti

Xəbər lenti