...

Azərbaycanın ağırlıqqaldırma üzrə yığması Avropa çempionatında mükafat üğrunda mübarizə aparacaq

Cəmiyyət Materials 2 May 2006 17:51 (UTC +04:00)

Azərbaycanın ağırlıqqaldırma üzrə yığması mayın 3-də Fransanın Sent-Avoltye şəhərində başlayacaq Dünya Çempionatında iştirak edəcək.

Trend in xəbər verdiyi kimi, yarışda komanda 5 nəfər idmançı - Namiq Cəfərov (90 kq), Vüsal Mərdanov (100 kq), İbrahim İbrahimov (110 kq), Bəxtiyar Quliyev (125 kq) və Vüqar Namazovla (140 kq) təmsil olunacaq. Milli Federasiyanın prezidenti Ələddin Əliyevin sözlərinə görə, komandanın əsasını belə yarışlarda dəfələrlə uğurla çıxış etmiş təcrübəli idmançılar təşkil edib. Buna görə də atletlərimiz növbəti qitə birinciliyində də ən yüksək yerlər uğrunda mübarizə apara bilər.

Mükafat uğrunda mübarizədə əsas rəqiblərin Rusiya, İtaliya, Fransa və digər ölkələrin nümayəndələri olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti