...

"Azərbaycanda etika mədəniyyəti: vəziyyət və perspektivlər" mövzusunda birgə kulturoloji seminar keçirilib

Cəmiyyət Materials 3 May 2006 13:08 (UTC +04:00)

Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyası, Mədəniyyət və Turizm Nazirliyi, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası "Azərbaycanda etika mədəniyyəti: vəziyyət və perspektivlər" mövzusunda birgə kulturoloji seminar keçirib. Bu barədə Trend ə Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasından bildiriblər.

Milli Məclis deputatlarının, Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının, ali məktəblərin, hökumət və qeyri-hökumət təşkilatları nümayəndələrinin, kulturoloqlar cəmiyyətləri üzvlərinin iştirakı ilə keçirilən tədbiri "Simurq" AMA-nın vitse-prezidenti akademik Maqsud Əliyev açaraq, mövzunun əhəmiyyətindən danışıb.

Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərovun "Azərbaycanda etika məsələləri" mövzusunda məruzəsi maraqla qarşılanıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev, akademik Budaq Budaqov, Gənclər və İdman Nazirliyi elm və təhsil şöbəsinin müdiri Firudin Qurbanov, AMEA-nın müxbir üzvü Fəridə Məmmədova və başqaları məruzə ətrafında müzakirələrdə çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti