...

Pyotr Burdıkin: Azərbaycan və Rusiya ombudsmanlarının təcrübə mübadiləsi çox müsbətdir

Cəmiyyət Materials 3 May 2006 13:45 (UTC +04:00)

Azərbaycan və Rusiya ombudsmanlarının təcrübə mübadiləsi çox müsbətdir. Bunu etmək vacib və lazımdır. Çünki hər iki ölkədə insan haqları üzrə müvəkkil institutları yeni fəaliyyətə başlayıb. Trend ə RF-nın Azərbaycanda Müvəqqəti işlər müdiri Pyotr Burdıkin bu il mayın 5-7-də Bakıda keçiriləcək "İnsan haqlarının müdafiəsinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın inkişafı perspektivləri və vəziyyəti" adlı beynəlxalq konfransın əhəmiyyətini şərh edərkən bəyan edib.

"Azərbaycanın və Rusiyanın qanunvericiliyində müəyyən fərqlər var. Ona görə də qarşıdakı konfrans çox faydalı və mühümdür", -deyə P. Burdıkin konfransın açılışında öz iştirakını istisna etməyib.

Qeyd edək ki, tədbirdə Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammeberq iştirak edəcək. AŞ-nın Azərbaycandakı informasiya ofisindən Trend ə verilən məlumata görə, T. Hammeberqin səfəri qeyri-formal xarakter daşıyacaq. "Bu tip səfərin əsas fərqi AŞ insan haqları üzrə komissarının onun yekunları üzrə hər hansı hesabat hazırlamamasındadır", -deyə ofisdən bildirilib.

Azərbaycanın ombudsman aparatının mətbuat xidmətindən verilən məlumata görə, konfransın işində Milli Məclisin deputatları, müxtəlif dövlət idarələrinin nümayəndələri, Azərbaycan ombudsmanının regional mərkəzlərinin işçiləri, eləcə də Rusiya Federasiyasının insan haqları üzrə müvəkkillərinin 20-dən artıq subyekti iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti