...

"Freedom House" təşkilatı 2005-ci ildə həlak olmuş jurnalistlərin xatirəsinə ABŞ-da abidə ucaldacaq

Cəmiyyət Materials 3 May 2006 14:45 (UTC +04:00)

Mayın 3-də "Freedom House" qeyri-hökumət təşkilatının nümayəndələri Ümumdünya mətbuat azadlığı günü münasibətilə Vaşinqton yaxınlığındakı Orlinqton yaşayış məntəqəsində 2005-ci ildə bütün dünyada həlak olmuş jurnalistlərin xatirəsinə abidə ucaldacaq. Bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Conatan Henik məlumat verib.

Abidənin üzərində zorakılığın qurbanı olmuş 59 jurnalistin adı həkk ediləcək. C.Henikin sözlərinə görə, ötən il KİV nümayəndələrinin əsas hissəsi münaqişə zonalarında, xüsusilə İraqda həlak olub.

Abidə üzərində, həmçinin, azərbaycanlı jurnalist Elmar Hüseynovun da adı qeyd olunacaq.

Mətbuat katibinin sözlərinə görə, ABŞ hökuməti bütün dünyada KİV-in sərbəst fəaliyyətinin təmin olunması ilə bağlı məsələlərə xüsusi önəm verir və bu məqsədlə hər il 40 milyon dollar ayırır.

Xəbər lenti

Xəbər lenti