...

"Xocalı soyqırımı-1992" kitabı "Humay" Milli Mükafatına layiq görülüb

Cəmiyyət Materials 3 May 2006 17:39 (UTC +04:00)

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə işıq üzü görən "Xocalı soyqırımı-1992" kitabı "Bakinets" Beynəlxalq Mədəniyyət Cəmiyyətinin təsis etdiyi "Humay" mükafatına layiq görülüb. Trend in məlumatına görə, bununla bağlı mükafatın təqdimetmə mərasimi keçirilib.

Azərbaycan Yazıçılar Birliyiynin katibi Çingiz Abdullayev müasir Azərbaycan tarixində Xocalı soyqırımının hər bir azərbaycanlının qan yaddaşında ciddi izlər buraxdığını və bu tarixi məqamların toplu şəklində nəşr olunmasını diqqət çəkən məqam olduğunu deyib. Məhz elə bunları nəzərə alan münsiflər heyəti "Xocalı soyqırımı-1992" kitabının "Humay" Milli Mükafatına təqdim olunması barədə qərar çıxarıb. Mükafatı qəbul edən AVJİYA-nın vitse-prezidenti Vəli Əliybəyovun sozlərinə görə, Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzi və Azərbaycanda Miqrantların, Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin nümayəndələrinin bilavasitə yaxından iştirakı ilə nəşr edilən bu kitab Xocalı soyqırmının 15-ci ildönümü ilə bağlı həyata keçirilən layihənin tərkib hissəsidir.

Xəbər lenti

Xəbər lenti