...

"Ruh" Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki vəziyyətə dair hesabatını açıqlayıb

Cəmiyyət Materials 3 May 2006 17:57 (UTC +04:00)

"Ruh" Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki vəziyyətə dair hesabatını açıqlayıb. Trend in məlumatına görə, bununla əlaqədar Müdafiə Komitəsinin sədri Hüquq Salmanov mayın 3-də Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib.

O, bildirib ki, hesabat 1 oktyabr 2005-ci ildən 1 may 2006-cü ilədək olan dövrü əhatə edir. Bu dövr ərzində jurnalistlərlə bağlı qeydə alınan münaqişələrin sayı 77 olub. Bura jurnalistlərin fiziki təzyiqlərə məruz qalması, peşə borclarını yerinə yetirərkən üzləşdikləri maneələr, xoşagəlməz hallar daxildir. Hüquq Salmanovun sözlərinə görə, jurnalistlərə psixoloji təzyiq faktlarının sayı isə 11 olub. Media orqanlarının məhkəməyə verilməsi halları 22 dəfə qeydə alınıb. Hesabat dövründə KİV-lərin özlərinin də bir-birilərini məhkəməyə verməsi hallarına rast gəlinib.

Hüquq Salmanov bildirib ki, ötən il "Azadlıq" blokunun keçirdiyi bir neçə kütləvi aksiya zamanı müxtəlif sayda jurnalistlər təzyiqlərə məruz qalıblar. Onun sözlərinə görə, beş kütləvi aksiyada 19 münaqişə və bu zaman 20 jurnalistin təzyiqə məruz qalması faktı qeydə alınıb. Komitə sədri bildirib ki, jurnalistlər onlar üçün hazırlanmış xüsusi geyimlərdə olarkən polislər tərəfindən təzyiqlərə məruz qalmırlar. Bu bir il ərzində jurnalistlər barəsində cinayət işi açılması faktı qeydə alınmayıb. H.Salmanov bildirib ki, 2003-cü illə müqayisədə son bir ildə media ilə bağlı münaşqişələrin sayı beş dəfə azalıb.

Hesabatda jurnalistlərin fiziki təzyiqlərə məruz qalması-döyülməsi faktları, saxlamalar və inzibati həbslər, informasiya əldə edilməsi zamanı üzləşdikləri maneələr, KİV məhsullarının yayılmasına törədilən maneələr, KİV-lərə qarşı iqtisadi təzyiqlər - qəzetlərin çapına qoyulan qadağalar, KİV-lərlə müqavilələrin pozulması, KİV və məhkəmələrlə bağlı faktlar ayrıca təsnifatlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti