...

Lənkəranda müalicə-diaqnostika mərkəzinin açılışı mayın sonlarına planlaşdırılıb

Cəmiyyət Materials 4 May 2006 14:57 (UTC +04:00)

Lənkəranda yeni müalicə-diaqnostika mərkəzinin rəsmi açılışı mayın sonlarına planlaşdırılıb. Tikinti işlərinin vəsaiti hesabına aparılan ARDNŞ-dən Trend ə verilən məlumata görə, hazırda "Simens" və "Frizenius" şirkətlərindən alınan avadanlıqların quraşdırılması başa çatdırılıb. Mərkəz üçün avadanqlıqların alınmasına $2 mln. vəsait ayrılıb.

Hazırda binada bəzək işləri aparılır.

Tibb müəssisəsində ən yeni avadanlıqlarla (ultrasəs aparatları, kardioqraf, exokardioqraflar, göz xəstəliklərinin diaqnostikası aparatları) ilə təchiz olunan dializ, təcili yardım, funksional diaqnostika, eləcə də şüa diaqnostikası (kompüter tomoqrafiyası üçün aparatlar, rentgen və s.) şöbələri fəaliyyət göstərəcək.

Analoji obyektlərin tikintisi paralel olaraq Əli-Bayramlı, Bərdə, Gəncə, Qazax və ölkənin digər regionlaroında aparılır. Ümumilikdə 10 belə mərkəz tikilib istifadəyə veriləcək.

Bu layihə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramına müvafiq olaraq aparılır və mərkəzlərin hər birinin istismara təhvil venrilməsindən sonra burada 250 -yə yaxın adam çalışacaq.

Xəbər lenti

Xəbər lenti