...

Türkiyənin Azərbaycandakı səfirini soymuş paytaxt sakininin cinayət işi üzrə istintaq yekunlaşıb

Cəmiyyət Materials 4 May 2006 17:45 (UTC +04:00)

3 may 2005-ci il tarixdə Türkiyə Respublikasının Azərbaycandakı səfiri Turan Moralını soymuş Bakı şəhər sakini Azər Nuriyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Bu barədə Trend ə Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi Elşən Əbdülrəhimzadə məlumat verib.

İstintaq Səbail rayon Polis İdarəsi tərəfindən aparılıb. Müəyyən edilib ki, paytaxt sakini şəhərin mərkəzi küçələrindən birində səfirə hücum çəkib və ona məxsus diplomatı əlindən alaraq naməlum istiqamətə qaçıb. Diplomatda mühüm sənədlərlə yanaşı səfirə məxsus xidməti silah da olub.

Lakin qısa müddətdə soyğunçu yaxalanaraq məsuliyyətə cəlb olunub. Zərərçəkmişə məxsus diplomat və digər əşyalar isə onun özünə qaytarılıb.

Yaxın vaxilarda bu iş üzrə məhkəmə baxışı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti