...

Sabunçi rayonundakı 3 saylı kliniki xəstəxanada təmir işləri aparılacaq

Cəmiyyət Materials 4 May 2006 20:01 (UTC +04:00)

Səhiyyə naziri Oqtay Şirəliyev keçirdiyi baxış zamanı 3 saylı kliniki xəstəxananın uşaq və qəbul şöbələrinin bərbad vəziyyətdə olması ilə əlaqədar orada təmir işlərinə başlanması barədə göstəriş verib.

Nazirlikdən Trend ə verilən məlumata əsasən, təmir işlərinə bir neçə gün sonra başlanılacaq.

Bakı Baş Səhiyyə İdarəsi tərəfindən bu xəstəxananın təmiri üçün 240 min manat vəsait ayrılıb. Təmir zamanı bu şöbələrdə işləyən həkimlər digər şöbələrdə yerləşdiriləcək.

Təmirdən sonra qalan vəsait uşaq və böyük poliklinikalarının təmirinə sərf olunacaq. Təmir işlərinin maksimum 5 aya başa çatdırılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti