...

İran prezidenti Mahmud Əhmədinejad Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb

Cəmiyyət Materials 5 May 2006 13:00 (UTC +04:00)

Bakıda səfərdə olan İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Qafqaz Müsəlmanları İradəsinin sədri, bütün Qafqazın Hacı Şeyxi Allahşükür Paşazadə ilə görüşüb. Trend in məlumatına görə, görüşdə Şeyxülislam İran prezidentini salamlayıb, ona və İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən zirvə toplantısının iştirakçısı olan digər dövlətlərin işinə uğurlar arzulayıb.

Şeyxülislam qeyd qeyd edib ki, iki qonşu tarixi və dini tellərlə bağlı olan ölkələr - Azərbaycan və İranın hərtərəfli, o cümlədən, dini sahədə əməkdaşlığı sülhə, əmin-amanlığa, dövlətlərimizin tərəqqisinə və xalqlarımızın rifahına xidmət etməlidir.

Dünya miqyasında tanınmış, nüfuzlu din xadimi ilə görüşündən məmnunluğunu bildirən İran İslam Respublikasının prezidenti Azərbaycan xalqını çox sevdiyini və xalqlarımızın eyni əqidəyə sahib olduğunu vurğulayıb. Görüş zamanı Azərbaycan və İran xalqları üçün qarşılıqlı maraq kəsb edən bəzi məsələlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti