...

Dövlət İqtisad Universitetinin Dərbənd filialına tələbə qəbulu dayandırılıb

Cəmiyyət Materials 5 May 2006 15:53 (UTC +04:00)

Prezidentin 6 mart 2006-cı il tarixli sərəncamı ilə Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının yaradılmasını nəzərə alaraq Bakı Diplomatiya Universitetinin fəaliyyəti ilə bağlı məsələ müzakirə olunacaq. Trend xəbər verir ki, bu barədə təhsil naziri Misir Mərdanov mayın 5-də keçirdiyi mətbuat konfransında bildirib.

M.Mərdanov qeyd edib ki, Bakı Diplomatiya Universitetinin fəaliyyəti bir daha araşdırılacaq: "Bizə elə gəlir ki, əgər XİN-nin Diplomatiya Akademiyası varsa, onda bu özəl ali məktəbin fəaliyyətində ya dəyişiklik aparılmalıdır, ya da fəaliyyəti dayandırılmalıdır".

Nazir onu da vurğulayıb ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialına da tələbə qəbulunun dayandırılması ilə bağlı nazirliyin Kollegiyası qərar qəbul edib: "1992-ci ildə Dərbənddə filial açmaqda məqsədimiz orada yaşayan azərbaycanlıların təhsil almalarına köməklik göstərmək idi. Lakin araşdırmalarımızdan aydın oldu ki, Dərbənd filialına qəbul olunan tələbələr bir müddətdən sonra Bakıya köçürülürlər".

M.Mərdanov qeyd edib ki, bu məsələ ilə bağlı Nazirlər Kabineti qarşısında vəsatət qaldırılacaq.

Xəbər lenti

Xəbər lenti