...

İnsan alverinə qarşı olan QHT-lər Bakıda və regionlarda birgə monitorinqlər keçirəcək

Cəmiyyət Materials 5 May 2006 16:00 (UTC +04:00)

Cari ilin iyun ayından başlayaraq insan alverinə qarşı mübarizə ilə məşğul olan bir sıra QHT-lər Bakıda və regionlarda ğirgə monitorinqlər keçirəcək. Trend xəbər verir ki, bu barədə mayın 5-də "2005-ci ilin may ayında qəbul olunmuş insan alverinə qarşı milli proqramın həyata keçirilməsi" mövzusunda keçirilmiş dəyirmi masada Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus məlumat verib.

Dəyirmi masa iştirakçıları DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin tərkibində yaradılmış İnsan Alverinə Mübarizə İdarəsinin işini yüksək qiymətləndiriblər. Lakin bununla yanaşı bu mübarizədə qeyri-hökumət təşkilatlarının hökumət təşkilatlarına dəstəyinə də ehtiyac olduğunu vurğulayıblar.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova qeyd edib ki, hazırda bir sıra qeyri-hökumət təşkilatları var ki, həmin təşkilatların insan alverinə qarşı mübarizəyə aidiyyatı yoxdur. Lakin həmin təşkilatlar müxtəlif beynəlxalq fondlara müraciət edərək insan alverinə qarşı mübarizə bəhanəsi ilə külli məbləğlərdə qrantlar alırlar. Hüquq müdafiəçisi təəssüflə qeyd edib ki, bunun qarşısını almaq üçün hər hansı nəzarət mexanizmi mövcud deyil.

Dəyirmi masa iştirakçıları onu da qeyd ediblər ki, insan alverinin qurbanı olmuş azərbaycanlı qadınları normal həyata qaytarmaq bu problemlə məşğul olan təşkilatlara böyük çətinliklə başa gəlir. Çünki cəmiyyət keçmişi ləkələnmiş belə insanları qəbul etməyə hazır deyil.

Xəbər lenti

Xəbər lenti