...

Elmira Axundova: Azərbaycanda siyasi məhbus siyahısı qapadılıb

Cəmiyyət Materials 5 May 2006 16:37 (UTC +04:00)

Azərbaycanda siyasi məhbus siyahısı qapadılıb. Bu barədə Trend ə Əfv Komissiyasının üzvü Elmira Axundova məlumat verib.

Bu məsələ Azərbaycanda 2002-ci ildə qaldırılıb və tam həllini tapıb. Hazırda isə ayrı-ayrı qeyri-hökumət təşkilatlarının təqdim etdikləri "siyasi məhbus" siyahılarında müxtəlif ağır cinayətlər törətdiyinə görə məhkum olunmuşlardır. Odur ki, yaxın günlərdə toplantısı gözlənilən Prezident Yanında Əfv Komissiyasının iclaslarında belə bir siyahı müzakirə olunmayacaq.

Qeyd edək ki, müstəqil hüquq müdafiəçilərindən və hökumət nümayəndələrindən ibarət Siyasi məhbus məsələləri üzrə işçi qrupun toplantısında hüquq müdafiəçiləri siyasi məhbus hesab etdikləri 50 nəfərlik siyahı müzakirə ediblər və həmin siyahı Əfv Komissiyasına təqdim olunub.

Xəbər lenti

Xəbər lenti