...

Ali Məhkəmə deputatlığa namizədliyi ləğv olunmuş Elşad Abdullayevin kassasiya şikayətini təmin etməyib

Cəmiyyət Materials 5 May 2006 16:45 (UTC +04:00)

Mayın 5-də Azərbaycan Respublikası Ali Məhkəməsində deputatlığa namizədliyi ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin kassasiya şikayətinə baxılıb və şikayət təmin olunmayıb. Bu barədə Trend ə məhkəmə iclasına sədrlik etmiş hakim Əli Rüstəmov məlumat verib.

Mərkəzi Seçki Komissiyası (MSK) 9 saylı Binəqədi ikinci seçki dairəsindən təkrar parlament seçkilərinə qatılmış Elşad Abdullayevin seçiciləri pulla ələ alması faktını əsas gətirərək onun namizədliyini ləğv edib. Lakin E.Abdullayev MSK-nın bu qərarı ilə razılaşmayaraq qərardan apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsində işə baxılıb, MSK-nın qərarı ədalətli hesab olunub. Lakin bu nəticə ilə də razılaşmayan keçmiş namizəd Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib.

"Ali Məhkəmə işi bir daha araşdırıb və E.Abdullayevin hərəkətləri sübuta yetirilib. Bu səbəbdən də mən Apellyasiya Məhkəməsinin qərarını qüvvəsində saxlamışam" - deyə hakim bildirib.

Xəbər lenti

Xəbər lenti