...

Azərbaycan-Gürcüstan sərhədində etiraz aksiyası keçirilir

Cəmiyyət Materials 5 May 2006 20:34 (UTC +04:00)

Azərbaycan-Gürcüstan sərhədində Dedoplistskaroiski rayonu Samtatskaro kəndinin sakinləri etiraz aksiyası keçirir. İnsan Haqları Müdafiəsinin Sənədləşdirmə və İnformasiya Mərkəzinin nümayəndəsi Qela Mtivlişvilinin Trend in Gürücstandakı xüsusi müxbirinə bildirdiyinə görə, bu vasitə ilə kənd sakinləri Qax rayonunda pravoslavların sabah keçirəcəyi Kurmux Müqəddəs Georgi bayramında iştirak etmək istəyini bildirirlər.

Kənd sakinləri sərhədi keçərək, Azərbaycandakı qohumlarını və əcdadlarının qəbirlərini yad edə bilmir. Onlar qaçaqmalçılıqla mübarizə adı altında sərhədi keçməyi qadağa edən Kaxeti regionu hakimiyyətindən narazıdır.

Hazırda təxminən 600 sakin oturaq aksiya keçirir. Sakinlər bildirib ki, əgər hakimiyyət bu qadağanı ləğv etməsə, onlar aclıq aksiyasına başlayacaqlar.

"Biz sadəcə qohumlarımıza baş çəkib, bayramı qeyd etmək istəyirik" - deyə onlar bildirib.

Xəbər lenti

Xəbər lenti