Azərbaycanın bodibildinq üzrə yığması mayın 6-da Bratislavada başlayacaq Avropa çempionatında çıxış edəcək.
Milli Federasiyanın vitse-prezidenti Rauf Bünyadəliyevin Trend ə verdiyi məlumata görə, komandanın tərkibinə bu günlərdə ölkənin absolyut çempionu olmuş Vüqar Verdiyev (75 kq) və Mahmud Savalan (80 kq) daxildir. Çempionatda keçmiş qitə birinciliyinin gümüş mükafatçısı Anatolu Məsimov və Zaqafqaziya Kubokunun sahibi Rüstəm Ağayev də iştirak etməli idi. Ancaq birinci idmançının bu yaxınlarda əli zədələnib. R.Ağayev isə işi ilə əlaqədar ezamiyyətdə olduğu üçün Slovakiyaya gedə bilməyib.