...

Dinara Gimatova Bolqarıstanda keçirilən Dünya kubokunda 7-ci yerə çıxıb

Cəmiyyət Materials 8 May 2006 15:03 (UTC +04:00)

Azərbaycan gimnastı Dinara Gimatova Bolqariyanın Burqas şəhərində keçirlən Dünya kubokunun növbəti mərhələsində 7-ci yerə çıxıb.

Milli Federasiyadan verilən məlumata əsasən, idmançımızın lentlə final çıxışı 15.625 xalla qiymətləndirilib ki, bu da D.Gimatovanın 7-ci olmasına gətirib çıxarıb. Gimnast idmanın müxtəlif növləri üzrə yarışda ümumilikdə 61.299 xal toplayaraq 11-ci yeri tutub. Burqasda pyedestala Rusiyalı idmançılar Vera Sesina və Olqa Kapranova, elecə də Bolqariyalı Simona Peyçeva çıxıb.

Xəbər lenti

Xəbər lenti