...

Azərbaycan BMT-nin insan haqları üzrə Şurasına seçilib

Cəmiyyət Materials 10 May 2006 11:50 (UTC +04:00)

Azərbaycan, Rusiya və Ukrayna çərşənbə axşamı Baş Assambleyada keçirilmiş təkrar səsvermə nəticəsində BMT-nin insan haqları üzrə Şurasına seçilib. Trend in xəbər verdiyi kimi, Azərbaycanın namizədliyini 103 nümayəndə heyəti, Ukraynanın - 109, Rusiyanın isə 137 nümiayəndə heyəti dəstəkləyib.

Yeni orqanın - BMT insan haqları üzrə Şurasını formalaşdırmaq üçün BMT Baş Assambleyasına 3 səsvermə mərhələsi lazım olub. Çərşənbə günü Şuranın tərkibinə 47 üzv seçilib.

Yeni orqanda dünyanın bütün regionlarından nümayəndələr təmsil olunub. Bunlar arasında Asiyadan Hindistan, İndoneziya, Çin, Pakistan, Səudiyyə Ərəbistanı, Yaponiya, Afrikadan Əlcəzair, Nigeriya, CAR, Latın Amerikasından Braziliya, Argentina, Meksika, Kuba, Qərbi Avropadan Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə, Finlandiya da var. Bu regional qrupa, həmçinin, Kanada da daxildir. Şərqi Avropanı isə Polşa, Çexiya Respublikası, Rumıniya və Macarıstan təmsil edir.

Misir, Kenuya, İran, İraq, Venesuela, Kolumbiya, Portuqaliya, Yunanıstan və İspaniya da daxil olmaqla cəmi 24 ölkə Şuraya seçilməyib.

Şurada namizədliyini irəli sürməyən, ancaq səsvermədə iştirak edən ABŞ təmsil olunmayacaq. 2006-cı il martın 15-də ABŞ nümayəndə heyəti bu orqanın təsis olunması haqqında qətnamənin əleyhinə səs verib. ABŞ bəyan edib ki, tərkibinə Vaşinqtonun qanun pozucuları hesab etdiyi dövlətlərin daxil olmasına imkan verən bu Şuraya seçilmə qaydasından narazıdır. Bununla yanaşı, ABŞ Şuranın səmərəli və güclü mexanizmə çevirlməsi üçün digər üzv dövlətlərlə işləməyə hazır olduğunu bəyan edib. Ləğv edilmiş İnsan haqları üzrə komissiyanın yerinə adı çəkilən Şuranın yaradılması haqqında qərar ötən ilin sentyabrında keçirilmiş Sammitdə qəbul olunub. Əksəriyyətin fikrincə, komissiyanın işi olduqca siyasiləşdirilib və insan hüquqlarının qorunması sahəsində dünya ictimaiyyəti qarşısında duran tələblərə tam cavab vermə bilməyib.

Cenevrədə fəaliyyət göstərəcək Şuranın birinci iclası 19 iyun 2006-cı ildə keçiriləcək. Bu barədə İTAR-TASS xəbər verir.

Xəbər lenti

Xəbər lenti