...

Ərşad Ömər İsmayıl: "İraqın turizm naziri Azərbaycana gələcək"

Cəmiyyət Materials 10 May 2006 17:00 (UTC +04:00)

İraqın Xarici İşlər Nazirliyinin rəsmisi və turizm naziri Azərbaycana gələcək. Bu barədə Trend ə İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərşad Ömər İsmayıl bildirib.

Səfir qeyd edib ki, iyun ayında Bakıda keçiriləcək İslam Konfransı Təşkilatının (İƏT) xarici işlər nazirləri Şurasının növbəti toplantısında İraqın Xarici İşlər Nazirliyinin nümayəndəsi iştirak edəcək.

Ə.Ö.İsmayıl onu da bildirib ki, İƏT-in turiz nazirləri Şurasının Bakıda keçiriləcək növbəti toplantısında da İraq təmsil olunacaq: "Ola bilsin ki, bu toplantıda ya İraqın xarici işlər naziri, ya da turizm naziri gəlsin".

Xəbər lenti

Xəbər lenti