...

Mayın 13-də TQDK Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qəbul imtahanı keçirəcək

Cəmiyyət Materials 10 May 2006 18:56 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası "Dövlət qulluğu haqqında" qanuna müvafiq olaraq mayın 13-də Əmək və Sosial Müdafiə Nazirliyində boş yerlərə qəbul imtahanı keçirəcək. Bu barədə Trend ə Dövlət Komissiyasından bildiriblər.

İmtahan iki mərhələdə təşkil olunacaq. Birinci mərhələdə iddiaçılar test imtahanı verəcək. Birinci turda 80 bal toplamış şəxslər müsahibəyə dəvət olunacaq. Müsahibənin nəticələri də balla hesablanır.

Yekun balların 80 faizi test imtahanı, 20 faizi isə müsahibə yolu ilə müəyyənləşəcək.

Xəbər lenti

Xəbər lenti