...

Fuad Əsədov: Ermənistan Futbol Federasiyasının təklifi ciddi deyil

Cəmiyyət Materials 11 May 2006 13:31 (UTC +04:00)

"Azərbaycan və Ermənistan futbol yığmaları arasında Avropa çempionatı seçmə oyunlarının hər iki ölkədə keçirilməsi ilə bağlı Ermənistan Futbol Federasiyasının (EFF) təklifini ciddi saymıram". Bu barədə Trend ə AFFA-nın baş katibi Fuad Əsədov oyunların neytral meydançada keçirilməsi təşkilinin mümkünlüyü ilə bağlı məsələnin müzakirəsi üçün Nyonda Azərbaycan, Ermənistan və UEFA nümayəndə heyətləri arasında üçtərəfli görüş ərəfəsində bildirib.

F.Əsədov onu da vurğulayıb ki, Azərbaycan yığmasının İrəvana gəldiyi təqdirdə təhlükəsizliyə zəmanətlə bağlı EFF-in vədlərinə şübhə ilə yanaşır. Eyni zamanda baş katib hesab edir ki, bu məsələ ilə bağlı xüsusi komissiya yaratmış UEFA yaranmış vəziyyətdə oyunların 3-cü ölkədə keçirilməsinə əngəl olmayacaq. "Axı əvvəllər biz seçmə turnirin ev oyunlarını Trabzonda keçirmişik. Tez-tez öz meydançasından kənarda görüşlər keçirən İsrail komandasını da xatırlatmaq olar. Buna görə də artıq bununla bağlı misallar var", - deyə AFFA-nın baş katibi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti