...

Azərbaycanın otüstü xokkey üzrə qadınlardan ibarət yığması Olimpiadaya vəsiqə qazanmaq şansını saxlayır

Cəmiyyət Materials 11 May 2006 14:57 (UTC +04:00)

Azərbaycanın otüstü xokkey üzrə qadınlardan ibarət yığması Romada keçirilən dünya çempionatının seçmə turnirində 9-cu yerdə olmasına baxmayaraq, Olimpiadaya vəsiqə qazanmaq şansını saxlayır.

Komandanın baş məşqçisi Adil Paşayevin Trend ə verdiyi məlumata görə, bu il kollektiv üçün mövsüm başa çatıb. Ancaq gələn mövsüm xokkeyçilər Mançestrdə keçiriləcək Avropa çempionatında çıxış edəcək. Bu çempionatın yekunlarına görə, ən yaxşı 3 yığma Pekinə vəsiqə qazanacaq. "Birinci dəfədən yer əldə edə bilməyən yığmalar lisenziyalı turnirlərdə çıxış edəcək. 3 belə yarışın keçirilməsi planlaşdırılır. Bunlardan biri də Vankuverdə keçiriləcək. Digər yarışa isə Bakı iddialıdır. Belə ki, bizim 2008-ci il Oyunlarına vəsiqə uğrunda mübarizə aparmaq şansımız var. Buna görə də hələ heç nə itirilməyib", - deyə A.Paşayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti