...

"Prezident kuboku" beynəlxalq şahmat turnirində üçhakimiyyətlik yaranıb

Cəmiyyət Materials 11 May 2006 15:29 (UTC +04:00)

Bu günlərdə Respublika şahmat mərkəzində keçirilən "Prezident kuboku" beynəlxalq şahmat turnirində üçhakimiyyətlik yaranıb.

Trend in xəbər verdiyi kimi, ən güclü idmançıların iştirak etdiyi Açıq turnirdə gənclər arasında birinciliyin qalibi Şəhriyar Məmmədyarov, o cümlədən ukraynalı Yevgeni Miroşniçenko və Vadim Malaxatko dueti 5 xal toplayıb. 6-cı tur çərçivəsində Şəhriyar Məmmədyarov həmyerlimiz Fariz Əhmədova qalib gəlib və oyunun 4-cü günündə məğlub olduğu V.Malaxatkoya çata bilib.

Həmçinin, liderlərdən cəmi 0,5 xal geridə qalan Nicat Məmmədov, Rəşad Babayev, Loğman Quliyev, Rəsul İbrahimov və Elmir Hüseynov da ilk onluqdadır.

Xəbər lenti

Xəbər lenti