...

Bakıda "İslamda ailə və gender bərabərliyinin perspektivləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 11 May 2006 15:56 (UTC +04:00)

Mayın 12-də Bakıda "İslamda ailə və gender bərabərliyinin perspektivləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə Trend məlumat verib. Konfransın təşkilatçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi, eləcə də BMT-nin Əhali Fondudur.

Konfrans 15 May-Ümumdünya Ailə Gününə həsr olunub. Konfransın keçirilməsində məqsəd müasir ailələrdə gender bərabərliyinin müzakirəsi, eləcə də milli-mənəvi dəyərlərin müdafiəsi, cəmiyyətlə ailə arasında münasibətlərinə xüsusi diqqət verilməsidir.

Konfrans Avropa mehmanxanasında təşkil olunacaq. Orada hər iki dövlət strukturunun nümayəndələri, eləcə də beynəlxalq təşkilatların ekspertləri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti