...

Azərbaycan ombudsmanı dövlət başçısına qadın və yeniyetmələrin əfvi ilə bağlı müraciət edib

Cəmiyyət Materials 11 May 2006 20:12 (UTC +04:00)

Azərbaycan ombudsmanı Elmira Süleymanova dövlət başçısı İlham Əlyievə məhkum olunmuş qadın və yeniyetmələrin əfvi ilə bağlı müraciət edib. Bu barədə Trend ə ombudsman aparatından xəbər veriblər.

Ombudsman məhbus qadın və yeniyetmələrin hüquqlarının müdafiəsinin nə yerdə olduğunu öyrənmək məqsədilə dəfələrlə 4 saylı cəzaçəkmə müəssisəsində olub. Məhbuslar ondan əfv məsələsində köməklik göstərməyi xahiş edib.

E.Süleymanova aparılan araşdırma nəticəsində belə bir qənayətə gəlib ki, məhbusların bir hissəsi cəmiyyət üçün təhlükəli deyil və əfv oluna bilər.

Xəbər lenti

Xəbər lenti