...

Rafiq Əliyev: Azərbaycan dövlətçiliyi üçün dini struktur və icmalar tərəfdən təhlükə yoxdur

Cəmiyyət Materials 12 May 2006 11:55 (UTC +04:00)

Azərbaycan dövlətçiliyi üçün dini struktur və icmalar tərəfdən təhlükə yoxdur. Trend in verdiyi məlumata görə, bu barədə jurnalistlərə Dini strukturlarla iş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda məscidlərdə və dini icmaların tərkibində siyasi fəaliyyətlə məşğul olan adamlar var. Onun sözlərinə görə, dövlətin maraqları ilə ziddiyyət təşkil edir.

R.Əliyevin məlumatına görə, Dövlət Komitəsi belə halların qarşısınan alınması üçün tədbirlər görür.

Onun sözlərinə görə, Dini strukturlarla iş üzrə Dövlət Komitəsi ölkədə fəaliyyət göstərən məscidlərdə və digər dini icmalarda fəal iş aparır. "Hesab edirəm ki, onlar tərəfdən dövlət üçün təxribat xarakterli heç bir hədə yoxdur" - deyə o bildirib.

Amerika-İran qarşıdurmasına münasibət bildirən R.Əliyev bildirib ki, bu vəziyyətin bu amilləri nəzərə alaraq öz siyasətini yürüdən Azərbaycan üçün mənfi təsiri var.

Xəbər lenti

Xəbər lenti