...

Azərbaycanın futbol komandası Kişinyovda gənclər arasında turnirdə iştirak edəcək

Cəmiyyət Materials 12 May 2006 16:57 (UTC +04:00)

Azərbaycanın gənclərdən ibarət futbol komandası (U-17) mayın 13-də Kişinyovda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

AFFA-dan Trend ə verilən məlumata əsasən, komandamız Kipr və Belarus rəqibləri ilə eyni yarımqrupa düşüb. Ümumlikdə yarışda iki qrupa bölünmüş 6 komanda iştirak edəcək.

Yığmanın baş məşqçisi komandaya əksəriyyəti Qusarın "Şahdağ"ından olan 20 idmançı götürüb. Futbolçular Avropa birinciliyinin seçmə turniri ərəfəsində öz imkanlarını nümayiş etdirməlidir. Kişinyovdakı turnir bu mənada gənclər üçün yaxşı sınaq olacaq.

Xəbər lenti

Xəbər lenti