...

"Atasport" otüstü xokkey üzrə qadın klubu Çempionlar Kubokuna hazırlığa başlayıb

Cəmiyyət Materials 12 May 2006 17:38 (UTC +04:00)

"Atasport" otüstü xokkey üzrə qadın klubu mayın 25-də Berlində başlayacaq Çempionlar Kubokuna hazırlığa başlayıb.

Komandanın baş məşqçisi Adil Paşayevin Trend ə verdiyi məlumata görə, Romada keçirilən dünya çempionatının seçmə turniri başa çatandan sonra yığmanın oyunçuları qarşıdakı məsuliyyətli yarış ərəfəsində məşqlərə başlayıb. "Yarımqrupda bizim 4 rəqibimiz olacaq və onlarla görüşlərin yekunlarına görə yarımqrupun qalibi müəyyən olunacaq. Rəqiblərimizdən biri Belarusun "Qrodno" yığması olacaq", - deyə A.Paşayev vurğulayıb.

Xatırladaq ki, ötən dəfə Azərbaycan klubu Çemionlar Kubokunda uğurla çıxış etmişdir. Bu yarışda yığma finaladək gəlib çıxsa da, sonda Hollandiya nümayəndələrinə məğlub olmuşdu.

Xəbər lenti

Xəbər lenti