...

Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi ilə bağlı monitorinqlər başa çatıb

Cəmiyyət Materials 12 May 2006 19:44 (UTC +04:00)

Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinin vəziyyətinin öyrənilməsi üzrə monitorinqlər başa çatıb. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Ombudsman Aparatından məlumat verilib.

Monitorinqlər UNİSEF, ATƏT-in Bakı ofisi, Uşaq Huquqları üzrə Azərbaycan QHT Alyansı, Ombudsman təsisatı və digər təşkilatların birgə gerçəkləşdirdiyi "Azərbaycanda yuvenal ədliyyə sisteminin inkişafı" layihəsi çərçivəsində keçirilib.

Bakıda və regionlarda keçirilən monitorinqlərdə müxtəlif təşkilatları təmsin edən uşaq hüquqları üzrə ekspertlər iştirak edib. Monitorinqlərin keçirilməsində məqsəd yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinin vəziyyəti ilə tanış olmaq, bü sahədə problemləri aşkar etməkdir.

Monitorinqlər xüsusi sorğu anketləri üzrə yerli məhkəmələrdə, rayon polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarında aparılıb.

Yaxın vaxtlarda monitorinqlərin nəticələri açıqlanacaq, uşaq hüquqları üzrə ekspertlərin ümumi rəyi nəzərə alınacaq. Bu monitorinqlər yuvenal ədliyyə sahəsində tədbirlərin genişlənməsinə təkan verəcək.

Xəbər lenti

Xəbər lenti